Ana Sayfa > Karusel / Qarabağ > Xankəndində növbəti təxribatçı mitinq başlandı -Azərbaycan polisinin yeri görünür...-VİDEO
Xankəndində növbəti təxribatçı mitinq başlandı -Azərbaycan polisinin yeri görünür...-VİDEO14-07-2023, 11:39. Yazar: Admin |
Xəbər verildiyi kimi, dünən axşam saatlarında qondarma rejimin qanunsuz “dövlət naziri” Qurgen Nersisyan Qarabağ ermənilərinə müraciət edib.
“Artsaxda yaşamaq hüquq deyil, vəzifədir. Hamımız bir nəfər kimi milli hüquqlarımızı qorumaq üçün ümummilli dinc mübarizəyə başlayırıq”,-deyən separatçı sabah (14 iyulda-S.L.) saat 09.00-da hamını Xankəndinin mərkəzi meydanında toplaşmağa çağırıb.
Qarabaginfo.az News.am-a istinadla xəbər verir ki, artıq bu gün -14 iyul səhər tezdən Xankəndində separatçı-revanşist qüvvələrin Kremlin gizli dəstək verdiyi və Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş etiraz aksiyası başlanıb .
Mitinq erməni keşişin "xeyir-duası"yla başlanıb. Giriş sözü ilə qondarma "ombudsman" Qegam Stepanyan çıxış edib və "hərəkat"ın müraciətini səsləndirib. Sonra söz üzdəniraq "dövlət naziri" Qurgen Nersisyana verilib. Bu dəqiqələrdə mitinq davam edir. Mitinqdə baş separatçı Arayik Arutyunyan da iştirak edir.
Xatırladaq ki, dünən Q.Nersistanın bəyanatından sonra keçmiş "dövlət naziri" Ruben Vardanyan video-müraciət edərək hərəkata qoşulduğunu elan edib.Son məlumatlara görə,o artıq aksiyaya qoşulub.
Hazırda separatçı-revanşistlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisi qarşısına toplanıb... Bundan sonra isə "sülhməramlı"ların Xocalıdakı baş qərargahına yürüş gözlənlir....
Hərəkatın məqsədi Laçın dəhlizinin blokunun açılmasına nail olmaqdır...
Geri dön |