Ana Sayfa > Karusel / Cəmiyyət > Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən geri dönəcək

Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən geri dönəcək


14-07-2023, 10:32. Yazar: Admin

Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən geri dönəcək

Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönəcək.

Bunu Qarabaginfo.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130 nəfər olacaq:

“Zəvvarlar Mədinə saatı ilə 19:00-da yola düşəcəklər, yerli vaxtla saat 23:20-də isə Bakıya çatacaqlar”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Zəvvarlar iyulun 5-dən Vətənə geri dönürlər. Bu il Həcc ziyarəti üçün bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edib.


Geri dön