“Rusiya Federasiyası Ukrayna ilə sülhə dair İstanbul müqaviləsi layihəsini ümumən məqbul hesab edirdi. Burada Ukraynanın təhlükəsizlik zəmanətləri çox təfərrüatlı şəkildə göstərilmişdi”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin birinci Gələcək Texnologiyalar Forumunda çıxışı zamanı bəyan edib.
O, bildirib ki, Ukraynanın öz təhlükəsizliyini təmin etmək hüququ var, lakin bunu Rusiyaya təhlükə yaratmaq hesabına etməməlidir.
“Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq. NATO-ya üzvlük Ukraynanın təhlükəsizliyini artırmayacaq”, - deyə dövlət başçısı bildirib.
O, vurğulayıb ki, məhz Ukraynanın NATO-ya mümkün qəbulu ölkəyə qarşı hərbi əməliyyatların səbəblərindən biri olub./Oxu.az