Ana Sayfa > Karusel / İqtisadiyyat > Rusiyanın neft gəlirləri iki dəfə azalıb- Beynəlxalq Enerji Agentliyi

Rusiyanın neft gəlirləri iki dəfə azalıb- Beynəlxalq Enerji Agentliyi


13-07-2023, 16:54. Yazar: Admin

İyunda Rusiyada neft satışından əldə olunan gəlir 11,8 milyard dollara düşüb ki, bu da ötən illə müqayisədə iki dəfə azdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir.

Analitiklərin fikrincə, Rusiya neft məhsullarının ixracı sutkada 7,3 milyon barelə qədər azalıb ki, bu da 2021-ci ilin martından bəri ən aşağı göstəricidir.

Agentlik bu tendensiyaların səbəbini neftə tələbatın azalması hesab edir. Belə ki, cəmi bir ay əvvəl ekspertlər cari il üçün istehlak artımının sutkada 2,45 milyon barel təşkil edəcəyinə inanırdılar. İndi onlar proqnoza yenidən baxaraq onu 2,23 milyona endiriblər.

BEA-nın fikrincə, sənaye istehsalının azalması və qlobal iqtisadiyyat üçün proqnozun pisləşməsi fonunda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində, eləcə də Avropada neftə tələbatın azalmasını gözləmək lazımdır.(Azpost.info)


Geri dön