Ana Sayfa > Karusel / Siyasət / Dünya > Pakistan hökuməti istefa verəcək - Baş nazir açıqladı

Pakistan hökuməti istefa verəcək - Baş nazir açıqladı


13-07-2023, 16:49. Yazar: Admin

Pakistan hökuməti istefa verəcək - Baş nazir açıqladı

 

Pakistan hökuməti Milli Assambleyanın səlahiyyət müddəti başa çatdıqdan sonra istefa verəcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

 

Onun sözlərinə görə, hökumətin istefası avqust ayına planlaşdırılır. 

 

“Hökumət avqustun 14-dən gec olmayaraq istefa verəcək. Bu da Pakistanda növbəti seçkiləri iki aydan sonra - oktyabr və ya noyabrda keçirməyə imkan verəcək. Seçkilərin tarixini Mərkəzi Seçki Komissiyası müəyyənləşdirəcək”, - deyə Baş nazir qeyd edib.


Geri dön