Ana Sayfa > Karusel / Qarabağ > Laçına daha 23 ailə köçürülüb
Laçına daha 23 ailə köçürülüb13-07-2023, 14:47. Yazar: Admin |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, iyulun 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 85 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib. Geri dön |