Ana Sayfa > Karusel / Region > 200-dən çox idmançı Rusiya bayrağından imtina edib- İdman vətəndaşlığını dəyişiblər

200-dən çox idmançı Rusiya bayrağından imtina edib- İdman vətəndaşlığını dəyişiblər


13-07-2023, 13:23. Yazar: Admin

Rusiyanın Ukraynada başlatdığı müharibə minlərlə rusiyalı idmançını beynəlxalq yarışlarda iştirak etmək hüququndan məhrum edib.

Qarabaginfo.az xəbər verir ki, “Xolod”  hesablayıb ki, bununla yanaşı, ən azı 204 rusiyalı idmançı 2022-2023-cü illər arasında idman vətəndaşlığını dəyişib.

Bu siyahıya tanınmış peşəkarlar (Avropa və dünya çempionları) və karyerasına yeni başlayan çox gənc idmançılar daxildir.

200-dən çox idmançı arasında şahmatçılar çoxluq təşkil edir. Onların arasında Rusiya şahmat tarixinin ən uğurlu idmançılarından biri olan Aleksandra Kostenyuk da var: qrossmeyster, qadınlar arasında 12-ci dünya şahmat çempionu, ikiqat Rusiya çempionu, Avropa çempionu, milli yarışlar çərçivəsində Dünya Şahmat Olimpiadalarının üçqat qalibidi. O, bundan sonra İsveçrəni təmsil edəcək.


Geri dön