Ana Sayfa > Karusel / Səhiyyə > 1400 həkim Azərbaycanı tərk edib 

1400 həkim Azərbaycanı tərk edib 


13-07-2023, 13:04. Yazar: Admin

1400 həkim Azərbaycanı tərk edib 

 

“Azərbaycandan Almaniyaya 1400 həkimin getməsi çox düşündürücüdür. Bu sayın zamanla artacağı dəqiqdir”.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə tanınmış kardioloq Üzeyir Rəhimov sosial şəbəkə hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, həkimlərin Azərbaycanı tərk etməsində bir çox faktorlar var.

 

“Təhsil aldıqları universitetdəki və ya daha sonra çalışmağa başladıqları yerlərdəki aldıqları psixoloji travmalar, güvənli həkim haqlarını qoruyan, həkim və pasiyent əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması sayıla bilər. Yəqin ki heç kəs vətənini buraxıb getmək istəməz. Gedənlər bir şey itirdilərmi? Xeyr, tam tərsi, gələcəklərini güvənə aldılar və məsləki olaraq işlərindən zövq alacaqlar. Üzücü olsa da, ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa 1400 həmyerlim həkim rahat olacaq və lazım olduğunda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 il xarici ölkədə tibb təhsili alıb vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm. apağımızı qabağımıza qoyub düşünməliyik”, - tanınmış həkim qeyd edib.(modern.az)

 


Geri dön