Ana Sayfa > Karusel / Kriminal > Gömrük İdarəsinin baş inspektoruna cinayət işi açıldı

Gömrük İdarəsinin baş inspektoruna cinayət işi açıldı


12-07-2023, 22:09. Yazar: Admin

Gömrük İdarəsinin baş inspektoruna cinayət işi açıldı

Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə qarşı cinayət işi açılıb.

Lent.az-ın məlumatlna görə, Yusif Niftəliyev və Elməddin Abutalıbov barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ititham elan olunub.

Y.Niftəliyev “Starexpress” şirkətində direktor, həmçinin “Nbroker” şirkətində təsisçi və direktoru vəzifəsindədir. E.Abutalıbov isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin baş inspektorudur.

Məlumata əsasən, onlar əlbir olaraq, bir neçə şəxsi rəsmi təsdiqlənmədiyi halda şirkətdə işləyirmiş kimi qeydiyyata alaraq, işləmədikləri halda adlarına əmək kitabçası açıblar. Sonra isə həmin 5 nəfərin adına banklardan birindən ümumilikdə 28 min 185 manat kredit götürüblər. İstintaq dövründə banka dəyən ziyandan 5443 manat ödənilib.

Hazırda hər iki şəxs barəsində məhkəmə istintaqı davam edir. Onların barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.


Geri dön