Ana Sayfa > Karusel / Siyasət / Region > Ərdoğan Putinlə "Azov" komandirlərinin Ukraynaya ekstradisiyasını müzakirə etmək niyyətindədir
Ərdoğan Putinlə "Azov" komandirlərinin Ukraynaya ekstradisiyasını müzakirə etmək niyyətindədir12-07-2023, 21:57. Yazar: Admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə "Azov" komandirlərinin Ankaranın Kiyevə ekstradisiyası ilə bağlı vəziyyəti müzakirə etməyi gözləyir. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib. "Biz onların 6 komandirinin azad edilməsi ilə bağlı müraciət aldıq. Müsbət cavab vermək qərarına gəldik. Bundan sonra Rusiyada bir sıra bəyanatlar verildi, lakin onlar təfərrüatları öyrəndikdən sonra vəziyyət müsbət oldu. Avqust ayında Putin Türkiyəyə səfər edəcək və düşünürəm ki, onunla bu məsələləri yenidən təkbətək formatda müzakirə etmək imkanımız olacaq”, - Türkiyə lideri vurğulayıb. Geri dön |