Ana Sayfa > Karusel > BQXK-nin ifşası separatçıları ciddi narahat edir 

BQXK-nin ifşası separatçıları ciddi narahat edir 


12-07-2023, 16:00. Yazar: Admin

 

BQXK-nin ifşası separatçıları ciddi narahat edir 

 

Laçın yolunda BQXK avtomobillərinin hərəkətinə qadağa qoyulmasının səbəbi bizneslə məşğul olan separatçı “məmurlar”dır.


Qarabaginfo.az xəbər verir ki, bu barədə Xankəndidəki qondarma rejimin "Antiböhran Şurasının sədri" Tiqran Petrosyan bildirib.

 

Onun sözlərinə görə, ermənilər üçün qanunsuz daşımalar edən BQXK avtomobillərinin Laçın yolu ilə hərəkətinə qadağa qoyulması separatçıların işini xeyli çətinləşdirəcək və ciddi problemlər yaradacaq. 


Qeyd edək ki, ötən gün Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ifşa edən məlumat yayıb. Bildirilib ki, DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Komitəyə rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. Bu səbəbdən BQXK maşınlarının "Laçın" sərhəd məntəqəsindən keçidi dayandırılıb.


Rəsmi açıqlamada vurğulanıb ki, BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm dəölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır. 


Geri dön