“Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyulun 21-nə planlaşdırılan görüş daha əvvəl baş tuta bilər”.
Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Danışıqların gündəliyi, müzakirə olunan məsələlər, demək olar ki, eynidir. ABŞ-ın regionda iştirakı isə sabitliyin təmin olunmasına kömək edir və biz ABŞ-ın danışıqlarda iştirakını vacib hesab edirik, çünki Vaşinqton çox böyük işlər görür, danışıqların irəliləməsi üçün səylər göstərir”.