Ana Sayfa > Karusel > Sabah Bakıda yağış yağacaq - Proqnoz

Sabah Bakıda yağış yağacaq - Proqnoz


12-07-2023, 14:38. Yazar: Admin

Sabah Bakıda yağış yağacaq - Proqnoz

 


İyulun 13-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, gecə və səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz Balakən-Şəki zonasının bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq. 

 


Geri dön