Ana Sayfa > Karusel / Siyasət > Britaniya müdafiə naziri: İndiki vəziyyətdə Ukraynanın NATO-ya qoşulması mümkün görünmür

Britaniya müdafiə naziri: İndiki vəziyyətdə Ukraynanın NATO-ya qoşulması mümkün görünmür


12-07-2023, 13:27. Yazar: Admin

Britaniya müdafiə naziri: İndiki vəziyyətdə Ukraynanın NATO-ya qoşulması mümkün görünmür

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın NATO-ya qoşulması ilə bağlı şərtlərdən danışıb.

Qarabaginfo.az xəbər verir ki, Ben Uolles Vilnüsdə NATO İctimai Forumunda panel müzakirələri zamanı bildirib ki, hazırkı vəziyyətdə - müharibənin davam etdiyi zamanda Ukraynanın Alyansa qoşulması mümkün görünmür.

 

“Biz NATO-ya münaqişə idxal edə bilmərik. Düşünürəm ki, bu anlaşılan şərtdir. Alyansda ortaq razılaşma var ki, Ukrayna NATO-ya qoşulacaq, lakin əsas məsələ bunun “nə zaman” olacağı ilə bağlıdır”, - nazir əlavə edib.

 

Müdafiə naziri vurğulayıb ki, NATO müttəfiqləri Ukraynanı hərbi cəhətdən dəstəkləyir.

 

“Ukrayna irəliləyir, torpaqlarını azad edir, Rusiyanı bədəl ödəməyə məcbur edir”, Uolles deyib.


Geri dön