Ana Sayfa > Karusel / Siyasət > Xankəndiyə ən qısa və rahat yol Ağdamdan keçir - Ekspert

Xankəndiyə ən qısa və rahat yol Ağdamdan keçir - Ekspert


12-07-2023, 12:06. Yazar: Admin

Xankəndiyə ən qısa və rahat yol Ağdamdan keçir - Ekspert

“Üzərində BQXK-nın loqosu olan nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi faktları aşakar edildikdən sonra sərhədçilərimiz düzgün olaraq Laçın sərhəd-buraxılış məntəqəsindən keçidi müvəqqəti dayandırıblar”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.

 

“Qarabağda yaşamaqda olan ermənilərə və onların qayğısına qalan BQXK-ya dəfələrlə təklif olunub ki, Xankəndiyə və digər ətraf ərazilərə gediş-gəliş üçün, humanitar təyinatlı yüklərin çatdırılması üçün Bərdə-Ağdam-Xankəndi yolundan istifadə edə bilərsiniz, buyurun istifadə edin. Eyni təklif orada müvəqqəti yerləşmiş sülhməramlılara da verilib.

 

Belə bir təklif çox vacibdir və dövlətimizin tam aydın başa düşülən suveren hüququdur. Deyildiyi kimi, bu təklif təkcə həmin ərazilərdə yaşayanların Azərbaycan cəmiyyətinə reinteqrasiyasını təmin etməyə yönəlməyib. Bu təklif həm də ölkəmizin ayrılmaz ərazisi olan Qarabağdakı kommunikasıyaların, xüsusən də yol-nəqliyyat ifrastrukturunun ölkənin ümumi və vahid sisteminə qoşulmasına yönəlib və bunu təmin etməlidir”, - Ə.Hüseynov vurğulayıb.

 

Onun sözlərinə görə, 1991-ci ilə qədər keçmiş vilayətin bütün kommunikasıyaları (qaz, elektrik enerjisi, rabitə), habelə nəqliyyat ehtiaycları (həm sərnişin, həm də yük daşınması) Ağdam üzərindən həyata keçirilib:

 

“Ağdamdan keçən bu kommunukasiya xətləri, avtomobil yolu və dəmir yolu təkcə keçmiş vilayətin deyil, həm də Laçın rayonunun bütün ehtiayclarını təmin edirdi. Bu da təsadüfi deyil, çünki Xankəndiyə və onun ətraflarına, Şuşaya, Laçına ölkəmizin mərkəzi hissəsindən və Bakıdan gedən ən qısa yol məhz Ağdamdan keçir. Ağdam-Xocalı-Şuşa-Laçın avtomobil yolu ilə sərbəst hərəkət, habelə Yevlax-Bərdə-Ağdam-Xocalı (Xankəndi) dəmir yolu ilə sərbəst hərəkət tədricən təmin edilməlidir. Bundan başqa, 1991-ci ilə qədər Kəlbəcər rayonunun bütün kommunikasıyaları və nəqliyyat ehtiaycları da keçmiş vilayət ərazindən Bərdə-Tərtər-Kəlbəcər xətti və yolu ilə təmin edilirdi. Bu yolda da sərbəst hərəkət tədricən təmin edilməlidir.

 

Qarabağda yaşayanlar da anlamalıdırlar ki, Xankəndiyə ən qısa və rahat yol məhz Ağdamdan keçir. Onlar bu yolla yüklərini daşımaq istəmirlərsə, gedib-gəlmək istəmirlərsə, özləri bilərlər. Bu təklifə etiraz edənlər bunun alternativi kimi gedib, bir daha gəlməyə də bilərlər”.


Geri dön