Ana Sayfa > Karusel / Gündəm > Bakıda şagird 3-cü mərtəbədən yıxıldı

Bakıda şagird 3-cü mərtəbədən yıxıldı


7-09-2020, 14:46. Yazar: Admin

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə bədbəxt hadisə baş verib. Məktəbin X sinif şagirdi  3-cü mərtəbədən yıxılaraq xəsarət alıb.

Məktəbdən bildirilib ki, yıxılan şəxs məktəbdə xadimə işləyən qadının qızıdır: “10-cu sinif şagirdi məktəbdə texniki işçi işləyən anasının dalınca məktəbə gəlib və yıxılaraq ayağından xəsarət  alıb. Təcili tibbi yardım çağrılıb, ayağında sınıq olduğu aşkar edilib. Həkimlər tərəfindən müvafiq tibbi yardım və zəruri tədbirlər görülüb”.

Məktəbdən, həmçinin o da bildirilib ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.

 

Bakıda şagird 3-cü mərtəbədən yıxıldı

“Qafqazinfo”

 


Geri dön