Ana Sayfa > Karusel / Region > Şoyqu: ABŞ Ukraynaya kasetli bombalar versə, Rusiya da oxşar silahlardan istifadə etməyə məcbur olacaq

Şoyqu: ABŞ Ukraynaya kasetli bombalar versə, Rusiya da oxşar silahlardan istifadə etməyə məcbur olacaq


11-07-2023, 19:58. Yazar: Admin

 

Şoyqu: ABŞ Ukraynaya kasetli bombalar versə, Rusiya da oxşar silahlardan istifadə etməyə məcbur olacaq

ABŞ Ukraynaya kasetli bombaları tədarük edərsə, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə qarşı oxşar silahlardan istifadə etməyə məcbur olacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada müharibə zamanı kasetli sursatlardan istifadə etməkdən çəkinib və çəkinir.

"Vaşinqton Kiyevi kaset sursatları ilə təchiz etməyə başlayıb, çünki 155 kalibrli mərmilər əslində tükənib", deyə Rusiya MN başçısı vurğulayıb.

Şoyqu Rusiyanın bütün hallarda kasetli bombalarla silahlandığını xatırladıb.


Geri dön