Ana Sayfa > Karusel / Kriminal > Naxçıvanda məmur döyüldü: Yumruqla çənəsinə...

Naxçıvanda məmur döyüldü: Yumruqla çənəsinə...


11-07-2023, 17:22. Yazar: Admin

Naxçıvanda məmur döyüldü: Yumruqla çənəsinə...

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işləyən 1999-cu il təvəllüdlü Seymur Eylaz oğlu döyülüb.

Qarabaginfo.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şahbuz rayonunun Daylaqlı kəndində baş verib.

Seymur həmkəndlisi, 1983-cü il təvəllüdlü N.Cəfərov tərəfindən döyülüb.

Belə ki, N.Cəfərov yumruqla Seymurun çənə nahiyyəsindən vuraraq ona xəsarət yetirib.

İş üzrə izahat verən təqsirli bilinən N.Cəfərovun sözlərinə görə, hadisə günü mal-qaranın gələn vaxtı həyətyanı sahədə biçilmiş otu komalayıb:

“Təqribən saat 20-21 radələrində Seymur həyətyanı sahəsimə daxil oldu. Salamlaşdıqdan sonra mənə kənd ərazisində mal-qaranın otarmaq növbəsini dəyişmək istədiyini deydi. Mən isə ona cavabımda ”olmaz, mən heç kimlə növbə dəyişmirəm, səbəbi isə növbəmi dəyişdikdən sonra bir baş iribuynuzlu malımı öldürdü” dedi. Mən Əziz haqqında 1-2 nalayiq ifadə işlətdim. Əziz adlı şəxsin Seymurun əmi-nəvəsi olmağını bilmədim. Seymur isə mənə qarşı təhqiredici ifadələr işlətdi. Bu zaman Seymuru sol əlim ilə çənəsindən bir yumruq zərbəsi vurdum”.

Şahbuz rayon Məhkəməsinin qərarı ilə N.Cəfərov 10 gün müddətinə inzibati həbs tətbiq edilib.


Geri dön