Ana Sayfa > Karusel / Kriminal > Penitensiar xidmət polislə birgə əməliyyat keçirdi

Penitensiar xidmət polislə birgə əməliyyat keçirdi


11-07-2023, 17:04. Yazar: Admin

penitensiar-xidmet-polisle-birge-emeliyyat-kecirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq təcridxanası, DİN-in Baş Cinayət Axtarış İdarəsi və Nərimanov RPİ birgə əməliyyat keçiriblər.

Penitensiar xidmətdən Qarabaginfo.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ceyhun  Cəfərzadə tərəfindən Nərimanov rayonu Ziya Bünyadov 100 ünvanında yolun kənarında gizlədilmiş ümumi çəkisi 300 qram olan metamfetamin və heroin aşkar edilib.

Araşdırmalar davam etdirilir.


Geri dön