Ana Sayfa > Karusel / Qarabağ > Müdafiə Nazirliyi: Erməni silahlı dəstələrinin mühəndis işləri dayandırılıb
Müdafiə Nazirliyi: Erməni silahlı dəstələrinin mühəndis işləri dayandırılıb11-07-2023, 16:42. Yazar: Admin |
İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Geri dön |