Ana Sayfa > Karusel / Kriminal > Bakıya qarşı təbliğat aparan iranlı fəal TUTULDU
Bakıya qarşı təbliğat aparan iranlı fəal TUTULDU11-07-2023, 13:06. Yazar: Admin |
İran mətbuatında mütəmadi olaraq Azərbaycana qarşı çıxışlar edən ictimai fəal Əliəkbər Rafeipur Səudiyyə Ərəbistanında saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
İranın ali rəhbəri Əli Xameneinin qatı tərəfdarı olan Əliəkbər Rafeipurun saxlanılma səbəbi açıqlanmayıb.
XİN rəsmisi bildirib ki, o, Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün getsə də, İrana qayıdarkən Ciddə hava limanında saxlanılıb.
Qeyd edək ki, Rafeipur İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə Azərbaycan əleyhinə təbliğat aparıb. O, ermənipərəst mövqeyi ilə seçilib.
Geri dön |