Rusiya ordusu Ukraynada gedən müharibədə ağır itkilər verməkdə davam edir.
Qarabaginfo.az xəbər verir ki, Ukraynanın işğal altında olan Berdyansk bölgəsində Rusiya ordusunun general-leytenantı Oleh Tsokov öldürülüb.
"Berdyansk vilayətində rusiyalı general-leytenant Oleh Yuriyoviç Tsokov məhv edilib”, - Ukrayna mediası yazıb.
Qeyd edilib ki, adıçəkilən general 2022-ci ilin sentyabrında döyüş zamanı ağır yaralanmışdı.