Ana Sayfa > Karusel / Region > Rusiya qüvvələri Odessaya hücum etdi - Taxıl terminalı yandı

Rusiya qüvvələri Odessaya hücum etdi - Taxıl terminalı yandı


11-07-2023, 11:13. Yazar: Admin

Rusiya qüvvələri Odessaya hücum etdi - Taxıl terminalı yandı

 

Rusiyanın Ukraynanın Odessa bölgəsinə hücumu nəticəsində liman infrastrukturuna zərbə endirilib, taxıl terminalı yanıb.

 

Qarabaginfo.az "Unian"a istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

 

Gecə saatlarında Rusiya Federasiyası Ukraynanın cənubuna güclü PUA hücumu həyata keçirib. Qara dəniz istiqamətindən Rusiya qüvvələri bir neçə “Shahed” hücum dalğası təşkil edib.

 

Hava hücumundan müdafiə qüvvələri tərəfindən 22 PUA məhv edilib, lakin ikisi liman obyektinin inzibati binasına düşüb. Bundan əlavə, vurulan dronların parçalarının yerə düşməsi səbəbindən 2 liman terminalı, o cümlədən taxıl terminalı yanıb.

 

Yanğın söndürülüb, kritik dağıntı və tələfat yoxdur.(Modern.az)


Geri dön