Ana Sayfa > Karusel / Region > Rusiya əhalisinin 0.6 faizi koronavirusa yoluxub
Rusiya əhalisinin 0.6 faizi koronavirusa yoluxub7-09-2020, 12:01. Yazar: Admin |
Rusiyada indiyədək COVID-19-a yoluxub sağalan əhalinin sayı açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rospotrebnadzor Federal Xidmətinin rəhbəri Anna Popova bildirib. Onun sözlərinə görə, 1 yanvar 2020-ci il tarixindən bu günə kimi Rusiya əhalisinin 0,6 faizində yeni növ koronavirus təsdiqlənib. A.Popova Rusiyada koronavirusu təyin etmək üçün 172 test diaqnostika sistemindən istifadə olunduğunu söyləyib. Qeyd edək ki, Rusiya koronavirusa yoluxanların sayına görə, dünya sıralamasında ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir. APA Geri dön |