Ana Sayfa > Karusel / Səhiyyə > Yay başlayandan Bakıda 23 nəfər günvurma ilə bağlı müraciət edib
Yay başlayandan Bakıda 23 nəfər günvurma ilə bağlı müraciət edib10-07-2023, 15:54. Yazar: Admin |
Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib. Bu barədə TƏBİB-dən cavab olaraq bildirilib. Qeyd edilib ki, onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub. Geri dön |