Ana Sayfa > Karusel / Region > Putin “Azov” komandirlərini Kiyevə qaytaran Ərdoğana cavab verəcəkmi?- Kremldən AÇIQLAMA

Putin “Azov” komandirlərini Kiyevə qaytaran Ərdoğana cavab verəcəkmi?- Kremldən AÇIQLAMA


10-07-2023, 15:51. Yazar: Admin

Rusiya hakimiyyəti müqavilələri pozaraq “Azov” batalyonunun komandirlərini Kiyevə təhvil verən, Ukrayna ərazisində “Bayraktar” PUA zavodunun tikintisinə başlayan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən Türkiyəyə qarşı cavab tədbirləri planlaşdırmır.

Qarabaginfo.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bugünkü brifinqdə bildirib ki, Moskva Türkiyəni tərəfdaş hesab etməkdə davam edir və qaz qovşağı kimi ötçən payızdan müzakirə olunan birgə layihələrdən imtina etmək niyyətində deyil.

Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfərindən sonra vətənlərinə qayıdan “Azov” təmsilçiləri ilə bağlı vəziyyətin qaz qovşağı mövzusu ilə heç bir əlaqəsi yoxdur.

“Biz Türkiyə ilə əlaqələrimizi davam etdirmək niyyətindəyik” deyən Peskov Moskvanın Ankaradan izahat gözlədiyini də bildirib.

Kiyevin bazar ertəsi başladığını elan etdiyi Ukraynada türk pilotsuz təyyarə zavodunun tikintisinə gəlincə, Kreml bunu problem kimi görmür: “Türkiyənin istənilən ölkə ilə, o cümlədən Ukrayna ilə əlaqələri inkişaf etdirmək hüququ var. Türkiyənin tərəfdaşı kimi ümid etmək istəyirik ki, bu münasibətlərin inkişafı bizə qarşı yönəlməyəcək”.

 


Geri dön