Ana Sayfa > Karusel / Səhiyyə > “Ölkəmizdə dərmanlar bol və əlçatan olanda qiymətlər optimallaşacaq”- Deputat

“Ölkəmizdə dərmanlar bol və əlçatan olanda qiymətlər optimallaşacaq”- Deputat


10-07-2023, 15:01. Yazar: Admin

Dərmanların bol və əlçatan olduğu yerdə qiymətlərin də optimallaşdırılması gözləniləndir.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib.

Dərman qiymətlərinin bahalığının onların qeydiyyatının olmaması ilə izah edən R.Mahmudov deyib: “Məsələn, dərman vasitələri sahəsində 75 faiz idxaldan asılı olan qardaş Türkiyədə son 6 ayda dərmanların qiymətində xeyli artım var. Bu da dünyada baş verən inflyasiya və dünya bazarında ərz-tələblə bağlıdır. Ərz-tələbin pozulması isə valyuta bazarında da problemlərə gətirib çıxarır.

Statistikaya görə, qardaş ölkədə 2022-ci il üçün dövlətin dərmana xərclədiyi 7 milyard dolların 5,2 milyardı idxalın payına düşüb. Bu da o deməkdir ki, insanların müalicəsində istifadə olunan dərmanların ən azı 75-80 faizi xarici ölkələrdən gətirilir. Bir məqama da diqqət yetirək ki, Türkiyə dərman vasitələrinin istehsalına görə dünyada 21-ci yerdə qərarlaşıb”.

Azərbaycanın daha keyfiyyətli və daha uyğun qiymətə olan dərman vasitələri ilə təmin edilməsinə şəraitin yaradılmasının vacibliyinə toxunan komitə sədrinin müavini bildirib ki, sağlam rəqabət olanda optimal qiyməti də təmin etmək mümkündür. Çalışmaq lazımdır ki, dərmanların təhlükəsizliyi təmin olunmaqla bərabər, bu zəncirdə qopmalar baş verməsin. Yəni, istehsalçı ilə istehlakçı arasında problemlər yaşanmasın.


Geri dön