Ana Sayfa > Karusel / Region > Kreml Putinlə Priqojinin görüşünü təsdiqlədi- AÇIQLAMA

Kreml Putinlə Priqojinin görüşünü təsdiqlədi- AÇIQLAMA


10-07-2023, 14:46. Yazar: Admin

“Rusiya prezidenti Vladimir Putin qiyamdan sonra “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə görüşüb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, qiyamdan 5 gün sonra – iyunun 29-da Putin özü Priqojini və “Vaqner”in 35 komandirini Kremlə dəvət edib.

Peskov görüşün təxminən 3 saat davam etdiyini, onun təfərrüatlarının məlum olmadığını açıqlayıb.

O qeyd edib ki, Putin 24 iyun hadisələri ilə bağlı qiymətini verib, həmçinin muzdlulara işlə təminat variantları təklif edib.

“Komandirlər özləri baş verənlərlə bağlı versiyalarını təqdim etdilər və qeyd etdilər ki, onlar dövlət başçısının və Ali Baş Komandanın sadiq tərəfdarları və əsgərləridirlər. Həmçinin vətənləri üçün döyüşməyə davam etməyə hazır olduqlarını söylədilər”, – Peskov bildirib.


Geri dön