Ana Sayfa > Karusel > Ermənistan Arazdəyəndə 70 milyonluq zavod inşa edir - Kamran Əliyev

Ermənistan Arazdəyəndə 70 milyonluq zavod inşa edir - Kamran Əliyev


10-07-2023, 12:38. Yazar: Admin

Ermənistan Arazdəyəndə 70 milyonluq zavod inşa edir - Kamran Əliyev

 

"Hazırda Ermənistan Sədərəkdə sərhədyanı bölgədə, Arazdəyəndə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir".

 

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokrorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxış edən Baş prokuror Kamran Əliyev deyib. 


Baş prokuror bildirib ki, iri metallurgiya zavodunun inşası və zəhərli maddələrin Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülməsi böyük cinayətdir:

 

"Biz bunu dəfələrlə müzakirə etmişik və ötən iki gün ərzində Türkiyəli həmkarlarımızla yenə də müzakirə etdik. Araz çayının çirklənməsi su ehtiyatlarının keyfiyyətinə, həmçinin bu zonada olan fauna və floraya də birbaşa təsir göstərir. Sədərək rayonunun yaxınlığında tikiləcək zavodun fəaliyyəti nəticəsində təkcə Araz çayı çirkləndirilməyəcək, həmçinin havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi tasir göstərəcək. Həmçinin, metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Ermənistan yenə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozur. Bu, Ermənistanın beynəlxalq ekoloji hüquq normalarına riayət etməməsi kimi ilk hal deyil".


Geri dön