Ana Sayfa > Karusel / Siyasət > XİN rəhbəri: Azərbaycanın regionda sülh siyasəti yeni dövrün başlanğıcıdır
XİN rəhbəri: Azərbaycanın regionda sülh siyasəti yeni dövrün başlanğıcıdır10-07-2023, 11:23. Yazar: Admin |
Azərbaycanın regionda sülh siyasəti yeni dövrün başlanğıcıdır. Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. "Regiondakı yeni reallıqlar xarici siyasətimizin irəliləməsində mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artmaqdadır", - nazir əlavə edib.
Nazir Qarabağ müharibəsində əldə olunan qələbənin beynəlxalq əhəmiyyətinə diqqət çəkib: “Ərazi bütövlüyümüzü döyüş meydanında bərpa etsək də, hesab edirəm ki, Azərbaycan diplomatik müstəvidə də ölkəmizin ərazi bütövlüyünü uğurlu şəkildə beynəlxalq ictimaiyyətə tanıdır və tanıtmaqdadır”. Geri dön |