Ana Sayfa > Karusel / Manşet > Nazir: İranda səfirliyimizin təhlükəsizliyi tam zəmanətə alındıqdan sonra fəaliyyətinin bərpası planlaşdırıla bilər
Nazir: İranda səfirliyimizin təhlükəsizliyi tam zəmanətə alındıqdan sonra fəaliyyətinin bərpası planlaşdırıla bilər9-07-2023, 12:19. Yazar: Admin |
Azərbaycan səfirliyinin İranda fəaliyyətinin dayandırılması təhlükəsizliklə bağlı olub. Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. "Azərbaycan tərəfinin bu yöndə konkret tələbləri və gözləntiləri var. Azərbaycan Prezidenti ilə İran xarici işlər nazirinin görüşü zamanı da qeyd edildi ki, istintaq işi davam etdirilir. Təbii ki, Azərbaycan tərəfi günahkarların ən ciddi şəkildə cəzalandırılmasını gözləyir. Ancaq bundan sonra səfirliyimizin təhlükəsizliyi tam zəmanətə alındıqdan sonra diplomatik missiyanın fəaliyyətinin bərpası planlaşdırıla bilər", - nazir əlavə edib. Geri dön |