İyulun 7-də Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran regional Perinetal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Aygün Qurbanzadənin 6 aylıq olan körpəsi də ölüb. Meyiti Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.


