Ana Sayfa > Karusel / Manşet > Orban Macarıstanın Aİ-nin miqrasiya ilə bağlı qərarlarına əməl etməyəcəyini açıqlayıb

Orban Macarıstanın Aİ-nin miqrasiya ilə bağlı qərarlarına əməl etməyəcəyini açıqlayıb


7-07-2023, 19:27. Yazar: Admin

Macarıstan Baş naziri Viktor Orban

Macarıstan Baş naziri Viktor Orban bu gün Vyanada keçirilən konfransda ölkəsinin Avropa İttifaqının (Aİ) miqrasiya ilə bağlı qərarlarına əməl etməyəcəyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin sözçüsü Zoltan Kovacs "Twitter"də bildirib.

 

 

"O (Baş nazir Viktor Orban -red.), məcburi kvotaları, “miqrant gettoları”nın tikilməsini və miqrant düşərgələrinin yaradılmasını rədd edir. Baş nazir Orban hesab edir ki, hazırkı Avropa modeli səmərəsizdir və Macarıstan Brüsselin qərarlarının həyata keçirilməsinin qarşısını almaq üçün yollar tapacaq. O, Macarıstanı və Avropanı qeyri-qanuni miqrantlara və insan qaçaqmalçılarına qarşı müdafiə etməyin vacibliyini vurğulayır", - sözçü qeyd edib. 


Geri dön