Lənkəranda yanğının baş verdiyi “Panorama” hotelinin bu gün açılışı planlaşdırılmışdı.
Qarabaginfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, iki mərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansar hissəsi tamamilə yanıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi hesabına yağın 14:26-da tam söndürülüb.
Hotelin birinci mərtəbəsi, həyətdə olan kotteclər və yardımçı tikililər yanğından qorunub.
Yanğının səbəbi araşdırılır.