Ana Sayfa > Karusel > Azərbaycanla Albaniya arasında viza rejimi ləğv edilə bilər

Azərbaycanla Albaniya arasında viza rejimi ləğv edilə bilər


7-07-2023, 16:42. Yazar: Admin

Azərbaycanla Albaniya arasında viza rejimi ləğv edilə bilər

“Turizmə gəldikdə, ölkələrimiz bu sahəni prioritet və iqtisadiyyatın çox vacib sektoru hesab edir. Bu səbəbdən əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

“Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur. Qeyd etdiyim kimi, Prezident Əliyev vədlərini reallığa çevirən şəxsdir və o, bu gün mənə söylədi ki, bu, tezliklə həll ediləcəkdir. Təşəkkür edirəm, cənab Prezident.

Hörmətli əziz Prezident, Sizin Tiranaya səfərinizdən sonra ölkələrimiz qarşılıqlı xoş niyyət və əməkdaşlıq ruhunda vədlər və sadiqlik ifadələrini konkret fəaliyyətə çevirməyə müvəffəq olub. Sizin səfəriniz, mənim bugünkü səfərim və son dövrdə yüksək səviyyəli dövlət rəsmilərimizin həyata keçirdikləri digər səfərlər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə müsbət təkan verir”, - Bayram Beqay qeyd edib.


Geri dön