Ana Sayfa > Karusel > Xaçmazda əkiz qardaşların qətli ilə bağlı cinayət işi başlanıb

Xaçmazda əkiz qardaşların qətli ilə bağlı cinayət işi başlanıb


7-07-2023, 16:27. Yazar: Admin

 Xaçmazda əkiz qardaşların qətli ilə bağlı cinayət işi başlanıb- YENİLƏNİB-1

İyulun 7-si saat 15 radələrində Xaçmaz rayonu, Yalama qəsəbəsi, Meşəli kəndində yerləşən evlərin birində 1992-ci il təvəllüdlü əkiz qardaşlar - Orxan və Kamran İsgəndərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qarabaginfo.az-a Xaçmaz rayon prokurorluğdan məlumat verilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq edilir.


Geri dön