Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Bakı, Sumqayıt və Abşeronda restoranlarda xidmət tam bərpa edilir
Bakı, Sumqayıt və Abşeronda restoranlarda xidmət tam bərpa edilir4-09-2020, 18:21. Yazar: Admin |
|
Azərbaycanda ictimai iaşə obyektlərinin iş saatına dəyişiklik ediləcək. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərargahın sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan yumşalma ilə bağlı qərarında bildirilir. Qeyd edilib ki, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək.
Geri dön |