Lənkəranda hoteldə güclü yanğın başlayıb.
Qarabaginfo.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “Ponarama” hoteldə baş verib.
Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-in yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.