Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın vəsatətini rədd edib.
Qarabaginfo.az xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın “Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair” tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatəti rədd edilib.