Ana Sayfa > Karusel / Siyasət > “Səhv İranındır və yəqin ki, səhvini başa düşür”

“Səhv İranındır və yəqin ki, səhvini başa düşür”


7-07-2023, 12:46. Yazar: Admin

“Səhv İranındır və yəqin ki, səhvini başa düşür”

“Azərbaycanla münasibətləri gərginləşdirən İran tərəfi oldu. Çünki səfirliyimizə hücum edildi, həmyerlimiz həlak oldu, bundan sonra vəziyyət gərginləşdi. Amma biz İranın Bakıdakı səfirliyini belə bağlamadıq”.

Qarabaginfo.az xəbər verir ki.ş bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, İranın XİN rəhbəri Hüseyn Əmir-Abdullahianın Azərbaycana səfəri, habelə iranlı rəsminin münasibətlərin normallaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərdən söz açıb:

"İran bunları başa düşməlidir. Çünki onlar qonşu, müsəlman və İslam dövlətidir. Bizimlə nə qədər yaxşı münasibət olarsa, bir o qədər də özləri üçün yaxşı olar. iki ölkə arasında ticarət əlaqəsi var, insanlarımız gedib-gəlir, müəyyən sərhəd ticarəti var, amma problemlər də kifayət qədər böyükdür”.

Deputatın fikrincə, İran tərəfi gərginliyi yumşaltmaq istəyir:

“Prezident həmişə münasibətlərdə qonşularımıza dair çox açıq və yumşaq ritorika ilə danışıb. Baxmayaraq ki, İran 44 günlük müharibə və sonrasında Ermənistanın yanında oldu. Ölkə başçısı Cəbrayılda olanda ona İranla bağlı sual verildi. Prezident isə cavabında bildirdi ki, İran bizə dost və qonşu dövlətdir. Yəni Prezident hər zaman İranla bağlı müsbət fikirlər səsləndirib.

Vəziyyətin gərginləşməsinin əsas səbəbkarı İran oldu. Səhv onlarındır və yəqin ki, səhvlərini başa düşürlər. Çünki Azərbaycan kifayət qədər inkişaf etmiş bir dövlətdir və qonşularla normal təmaslar qurmaq istəyir. Ona görə də onlar öz çirkin əməllərindən əl çəkməlidir. O cümlədən terroru dəstəkləmək, dinə meylli müəyyən qüvvələrin maliyyələşdirilməsi və s. məsələlər aradan çıxmalıdır. Bunlar birdəfəlik başa düşməlidir ki, belə hərəkətlər Azərbaycana keçmir və keçə bilməz”.


Geri dön