Ana Sayfa > Karusel / Multimedia > Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara 11 il 6 ay həbs cəzası verilib 

Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara 11 il 6 ay həbs cəzası verilib 


7-07-2023, 11:37. Yazar: Admin

Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara 11 il 6 ay həbs cəzası verilib - YENİLƏNİB

Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə hökm oxunub.

Qarabaginfo.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə hakimlər kollegiyası müşavirədən qayıdaraq hökmü elan edib.

Hökmə əsasən, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Dünən keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə 12 il cəza istəyib.



Geri dön