Ana Sayfa > Karusel / Siyasət > Türkiyə parlamentində yeni fraksiya fəaliyyətə Türkiyə parlamentində yeni fraksiya fəaliyyətə başladı
Türkiyə parlamentində yeni fraksiya fəaliyyətə Türkiyə parlamentində yeni fraksiya fəaliyyətə başladı6-07-2023, 17:09. Yazar: Admin |
Türkiyə parlamentində yeni fraksiya formalaşdırılıb. Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, namizədləri müxalifətin "Millət İttifaqı" çərçivəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahılarından deputat seçilən və sonradan bu partiyanın parlament fraksiyasından istefa verən Gələcək və Səadət Partiyaları bu barədə razılığa gəliblər.
Partiya sədrləri Ahmet Davutoğlu və Temel Karamollaoğlunun birgə açıqlaması ilə elan olunan yeni ortaq fraksiya Səadət Partiyasının adından fəaliyyət göstərəcək, lakin fraksiyanın sədri Gələcək Partiyasının nümayəndəsi olacaq.
Qeyd edək ki, DEVA Partiyasına da ortaq fraksiyada təmsil olunmaq təklif edilsə də, partiya təklifi mənfi cavablandırıb. Geri dön |