Ana Sayfa > Karusel / Mədəniyyət > Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar4-09-2020, 16:01. Yazar: Admin |
Son günlər Mədəniyyət Nazirliyində xeyli kadr islahatı aparılıb, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəyə təyin etdiyi bəzi şəxslər Nazirlikdən uzaqlaşdırılıb. Qarabaginfo.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən Report.az-n sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlərlə 10 nəfər işdən çıxarılıb, 6 nəfər isə vəzifəyə təyin edilib. Həmin siyahını təqdim edirik: Çıxarılanlar: Aparat rəhbəri - Fikrət Babayev İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi - İntiqam Hümbətov Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi - Azada Hüseynova Kinematoqrafiya şöbəsi - Cahangir Məmmədov Nazirin müşaviri - Aydın İsmiyev Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi - Ruslan Abduləlimov Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi- Kamal Kazımov Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsi - Günel Aslanova Dövlət qulluğu və kadr məsələləri şöbəsi - Xanoğlan Güləliyev Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi - Ləman Mahmudova
Təyin edilənlər: Nazirin müşaviri - Elnur Əliyev Kinematoqrafiya şöbəsi - Rüfət Həsənov Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi - İlkin Nəsibov İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi - Məryəm Qafar-Zadə Dövlət qulluğu və kadr məsələləri şöbəsi - Zemfira Hüseynbəyli Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini - Səadət Xələfbəyli Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyul tarixli sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrinin müvəqqəti icrası A.Kərimova həvalə olunub. Geri dön |