Ana Sayfa > Karusel / Region > Priqojin Belarusda deyil - Lukaşenko onun yerini AÇIQLADI

Priqojin Belarusda deyil - Lukaşenko onun yerini AÇIQLADI


6-07-2023, 12:08. Yazar: Admin

Priqojin Belarusda deyil - Lukaşenko onun yerini AÇIQLADI

 

"Yevgeni Priqojin Belarus ərazisində yoxdur".

 

Qarabaginfo.az Belarusun rəsmi BelTA agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib.

 

"Priqojin hazırda Sankt-Peterburqdadır. Ola bilsin ki, bu səhər Moskvaya gedib. O ki qaldı "Vaqner"çilərə, məndə olan məlumata görə, onlar öz düşərgələrindədir. Həmin düşərgələr ki onlar cəbhədən qayıdanda orada dincəlirdilər", - prezident deyib.

 

Lukaşenkonun sözlərinə görə, "Vaqner" qruplaşmasının Belarus ərazisinə köçürüləcəyi təqdirdə ölkə üçün heç bir risk yaranmaz.


Geri dön