Ana Sayfa > Karusel / Siyasət > İran XİN rəhbəri: Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs ağır cəza alacaq
İran XİN rəhbəri: Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs ağır cəza alacaq5-07-2023, 16:36. Yazar: Admin |
Biz Azərbaycanın təhlükəsizliyini həm öz təhlükəsizliyimiz, həm də regionun təhlükəsizliyi hesab edirik. Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Hüseyn Əmir Abdullahiyan jurnalistlərə açıqlamasında bildirib. O, bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman Azərbaycanın Tehrandakı səfirliyinə hücuma da toxunduqlarını qeyd edib. “Mən bəyan etdim ki, biz bu insidentdən hiddətlənmişik və təəssüflənmişik. Azərbaycanla razılaşdırdıq ki, biz bu insidentlə bağlı prosesi tezliklə yekunlaşdıraq. Bu cinayəti törədən şəxs ağır şəkildə cəzalanacaq və məsuliyyətə cəlb olunacaq”, - o qeyd edib. Geri dön |