Ana Sayfa > Karusel / Region > "Bu qiyam rusiyalıları müharibədə məğlubiyyətə hazırlamağın çoxgedişli əməliyyatıdır..."
"Bu qiyam rusiyalıları müharibədə məğlubiyyətə hazırlamağın çoxgedişli əməliyyatıdır..."5-07-2023, 14:04. Yazar: Admin |
"Bu qiyam "əqidəli" Z-vətənpərvərlərə, əsl ağıldankəm rus faşistlərinə yönəlmiş xüsusi informasiya-psixoloji əməliyyatdır..."
"Putinin Ukraynaya qarşı törətdiyi təhrikedilməyən müharibəsi Rusiyaya zərər vurur..."
"Vaqner qrupu" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin başçılığı ilə Rusiyada iyunun 23-24-də baş vermiş iki günlük qarışıqlıq, muzdluların sahibinin özünün bəyan etdiyi kimi, Ukraynada müharibəni uduzan Rusiyanın hərbi rəhbərliyinin dəyişdirilməsi naminə düşünülməyib.
Moderator.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski bəyan edib. Məlumatı "dialog.ua" nəşri yayıb.
Priqojin qiyamı ilə Kreml elitası Rusiya əhalisini müharibənin dayandırılmasına hazırlayır.
Qiyamdan öncə Priqojin bir sıra səs-küylü bəyanatlar verib. Onların mahiyyəti bundadır ki, Rusiya Ukraynaya qarşı təhrik edilməyən müharibə törədib və "xüsusi hərbi əməliyyat" Rusiyaya zərər vurur. Belə ritorika rusiyalıları "xüsusi hərbi əməliyyat"ın dayandırılmasına psixolji cəhətdən hazırlamaqdır.
"Qiyam və onu müşayiət edən xarizmatik Priqojinin parlaq publisistikası Rusiya əhalisini müharibədə labüd məğlubiyyətə hazırlamaq üçün çoxgedişli xüsusi informasiya-psixoloji əməliyyatdır", - o, özünün "Twitter" səhifəsində yazıb.
O, dəqiqləşdirib ki, bu məğlubiyyət Rusiyanın Ukraynanın Krım və Donbas da daxil olmaqla bütün ərazilərini tərk etməsini nəzər tutur.
Onun fikrincə, əhalinin 10-15 faizini təşkil edən əqidəli Z-vətənpərvərlərə, "əsl ağıldankəm rus faşistlərinə yönəlmiş bütün bu əməliyyatda Priqojinə ən vacib rol etibar edilib.
"Onlara labüd məğlubiyyət ideyasını necə aşılamalı? Bax, burada Priqojin əvəzolunmazdır. Bütün bu yarımcinayətkar Z-heyvan sürüsü bu adamın timsalında öz liderini görür, ona inanır, quldur milyardçının şüurunun elitaya qarşı axınını heyranlıqla qəbul edir, onun "əsl həqiqətini" acgözlüklə qarşılayır və bu həqiqət onları incəliklə və ehtiyyatla təslim olmaq ideyasına yaxınlaşdırır", - politoloq hesab edir.
O, dəqiqləşdirib ki, bu məğlubiyyət Rusiyanın Ukraynanın Krım və Donbas da daxil olmaqla bütün ərazilərini tərk etməsini nəzər tutur.
"Vaqnerçilər"in başçısı rusiyalıların məhz bu hissəsini müharibənin Rusiyaya lazım olmadığına və ona zərər verdiyinə inandırmağa cəhd edir.
Piontkovski əmin edib ki, rusiyalıların böyük bir hissəsi müharibənin dayandırılmasını sevinclə qarşılayacaq. Buna başının üstündə səfərbərliyə düşə bilmək və Ukrayna cəbhəsində həlak olmaq təhlükəsi dolaşan hərbi mükəlləfiyyətlilər xüsusilə sevinəcək.
Bundan öncə Piontkovski deyib ki, Priqojin Müdafiə Nazirliyi ilə münaqişəyə girərək, "postPutin" Rusiyasında özünün gələcək siyasi platformasının təməlini qoyur. Politoloq iddia edib ki, muzdluların başçısına Rusiya prezidentindən məyus olan Yuri Kovalçuk nəzarət edir.
Geri dön |