Ana Sayfa > Karusel / Təhsil > Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur

Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur


5-07-2023, 13:19. Yazar: Admin

RahatTap.az“Hazırda Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur”.

Qarabaginfo.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, vakant yerlərin yaranması əsasən həmin məktəblərdə direktorların yaş həddinə çatması ilə bağlıdır: “Daha bir səbəb isə nazirlik tərəfindən mütəmadi şəkildə keçirilən monitorinqlər zamanı yol verdikləri nöqsanlara görə bəzi direktorların əmək müqavilələrinə xitam verilməsidir”.

Şöbə müdiri xatırladıb ki, 2021-ci ildə pandemiya səbəbindən məktəblərdə vakant direktor yerlərinin sayı çoxalmışdı: “Bu say təxminən 900-ə yaxınlaşırdı. Son illər keçirilən müsabiqələr zamanı bu yerlərin sayı kəskin aşağı düşmüşdü”.


Geri dön