Ana Sayfa > Karusel / İqtisadiyyat > Türkiyədə inflyasiya növbəti dəfə azalıb
Türkiyədə inflyasiya növbəti dəfə azalıb5-07-2023, 11:43. Yazar: Admin |
Türkiyədə illik inflyasiya ardıcıl yeddi aydır ki, azalmaqda davam edir. Qarabaginfo.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, iyun ayında inflyasiya 38,21%-ə kimi azalıb. Ötən ay bu rəqəm 39,59% təşkil etmişdi. Qeyd edək ki, iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,92%, 2022-ci ilin dekabr ayına görə isə 19,77%-ə kimi azalıb. Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb. Geri dön |