Ana Sayfa > Karusel / Sosial > İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ


4-07-2023, 16:43. Yazar: Admin

İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

 

İyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

 

Qeyd olunub ki, bəzi yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Geri dön