Ana Sayfa > Karusel / Qarabağ > Arayik Putinə məktub yazdı, yeni təxribatların anonsunu verdi
Arayik Putinə məktub yazdı, yeni təxribatların anonsunu verdi4-07-2023, 11:36. Yazar: Admin |
Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.
Məktubun tam mətni ictimaiyyətə açıqlanmasa da, bəzi nüanslar diqqətə çatdırılıb. Belə ki, Arayik Putinə məktubunda Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə toxunub, belə bir missiyanın davam etdirilib-etdirilməyəcəyi sual olunub.
Bildirilib ki, sülhməramlılar Qarabağda vəziyyəti nəzarətdə saxlamaq və Laçın-Xankəndi yolunu açmaq niyyətində deyillərsə, qondarma rejimə ətraflı məlumat verilməlidir.
"Əldə etdiyimiz məlumata görə, məktub kifayət qədər sərt tonda yazılıb", - “Hraparak”ın xəbərində deyilir.
Geri dön |